Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:28
“Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsinin kluba qoyduğu satış qiyməti bəlli olub.
Qol.az “Daily Mail” nəşrinə istinadla yazır ki, klubu satın almaq istəyənlər 2,4 milyard funtundan (2,9 milyon avro) keçməlidir. İqtisadçıların hesablamasına görə, bu gün dünyada cəmi 20 nəfər yüksək kapitala malikdir və bu qədər pulu sərf etməklə “MY”ni ala bilər.
Klubu almaq istəyən eyni zamanda “Old Trafford” stadionunun rekonstruksiyasına da pul xərcləməlidir. Bu məbləğ isə 200 milyon funt təşkil edir.
Qeyd edək ki, Qleyzerlər ailəsi “MY”ni 2005-ci idə 790 milyon funta alıb.