Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinada yeni növ dinozavr qalıqları tapıldı

Argentinada yeni növ dinozavr qalıqları tapıldı

Tarix: 15 Fevral 2020 15:00

Paleontoloqlar Argentinanın Pataqoniya bölgəsində yeni növ yırtıcı dinozavrın qalıqlarını aşkar ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu dinozavrlar Pataqoniyada 90 milyon il əvvəl yaşayıblar.

Paleontoloqlar dinozavrın üst çənəsini, boyun qabırğalarını, ayaq və quyruğunun bir hissəsini tapıblar.

Rio-Neqro əyalətində tapılan yeni dinozavra "Tralkasaurus cuyi" adını veriblər.

Tralkasaurus yerli mapuçe hindularının dilindən tərcümədə "şimşək kələzi" mənasını daşıyır. Cuyi sözü isə dinozavrın tapıldığı El-Kuy vadisi ilə bağlıdır.

Alimlərin fikrinə görə, bu dinozavrın uzunluğu dörd metr təşkil edib.

Ehtimal edilir ki, o iquanadon, tısbağa və kərtənkələlərlə qidalanırmış.


Etiketlər:  Argentinada yeni növ dinozavr qalıqları tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ