Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 16:24
Azərbaycanda gimnastikanın bütün növləri fəal inkişaf edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçısı Hürrətüeyn Maqsudova deyib.
O bildirib ki, Milli Gimnastika Arenasına nəsəvi Selcan Maqsudovanı dəstəkləmək üçün gəlib:
"O, batut gimnastikası ilə 2014-cü ildən məşğul olmağa başlayıb. Yeri gəlmişkən, gimnastika ilə onun qardaşı da məşğul olur. Hər ikisinin uşaqlıqdan idmana marağı var, çünki ailəmizdə çoxlu idmançı var".
Tamaşaçının sözlərinə görə, yarışların təşkili yüksək səviyyədədir və bunu xarici qonaqların sözləri də təsdiq edir:
"Bakıda nüfuzlu gimnastika turnirləri keçirirlir, bizim gözəl gimnastika arenamız var, digər ölkələrdən olan qonaqlar yaradılan şəraitdən heyranlıq duyur. Bütün bunlar ölkədə gimnastikanın inkişafının və çiçəklənməsinin təsdiqidir".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.
15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.