Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən güclü qadın komandaları - FOTO

Dünyanın ən güclü qadın komandaları - FOTO

Tarix: 15 Fevral 2020 16:42

Foça Jandarma Komando Məktəbi və Təhsil Mərkəzində Türkiyənin ilk qadın çavuşları olan 20 qadın 20 həftəlik təlimi başa çatdıraraq onlara veriləcək kritik tapşırıqları gözləyir.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, kursa qatıldıqları ilk gündən bəri peşəkar mütəxəssislər tərəfindən təlim keçən qadın komandolar İzmirdən Uşakadək məsafədə qaçıblar, Trabzona qədər yolu isə piyada qət ediblər. Qadınlar da bu müddət ərzində 61 gecə ərazidə qalmalı olublar.

Çavuş Merve Çetin könüllü şəkildə təlimə qatıldığını bildirib:

"Biz iki bacıyıq. Atamın ən böyük arzusu oğlunun olması və onu əsgərə göndərməsi imiş. Lakin nəsib olmayıb. Mən də atama bunu cinsiyyətlə bağlı məsələ olmadığını, ürək işi olduğunu dedim. Təkcə kişilərin yox, qızların da bu işi uğurla edə biləcəyini göstərmək istədim. Bu çətin təlim boyu taqətimin çatmadığı zaman güclü olub ayağa qalxdım və özlüyümdə dedim ki, komando bitdi deyilən yerdə yenidən başlayandır".

O, təlimlərin olduqca mürəkkəb keçdiyini, havanın olduqca soyuq olmasına baxmayaraq, gecə-gündüz təlim keçdiklərini söyləyib:

"Həmcinslərimiz isti evlərində ailələrinin yanında ikən bizlər yorulmadan kilometrlərlə yolda üşümədən pusqu qurur, hücum edir, komando tapşırığı icra edirdik. Bizlər Nənə xatınların, Şərifə bacıların nəvələri olduğumuzu bu təlimləri uğurla başa çatdıranda bir daha yenidən başa düşdük. Türk qadını hər şeyi bacarır".


Etiketlər:  Dünyanın güclü qadın komandaları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ