Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 15:40
"Çelsi"də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, London klubu hazırkı çalışdırıcı Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.
Madrid təmsilçisi də Simeonenin fəaliyyətindən narazıdır. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal olunur.
"Çelsi" əvvəllər də Simeonenin xidmətində maraqlı olsa da, argentinalı çalışdırıcı ingilis dilini bilmədiyi və "Atletiko"da qalmaq istədiyi üçün təklifi rədd etmişdi.