Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 09:52
Bu gün Azərbaycan millisinin sabiq kapitanı, “Neftçi”nin veteran futbolçusu Nazim Süleymanovun 55 yaşı tamam olur.
1965-ci ilin 17 fevralında dünyaya gələn yarımmüdafiəçi 1983-1990-cı illər ərzində “Neftçi”nin heyətində 190 oyun keçirib, 32 qol vurub. O, 1992-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda 5 qola imza atıb.
Nazim Süleymanov “Neftçi”nin baş məşqçisi (2013) və Azərbaycan milli komandasının məşqçisi (2012-2013) vəzifələrində də çalışıb.
Qeyd edək ki, yubileyi münasibət ilə “Neftçi” klubu rəsmi sosial şəbəkələri vasitəsi ilə veteran futbolçusunu təbrik edib.