Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 11:16
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Holştayn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
22 turdan sonra 30 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.