Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 14:12
Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində son çempionu "Qalatasaray" əzəli rəqibi "Fənərbağça" ilə üz-üzə gələcək.
Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, İstanbul klubları derbiyə ciddi itkilərlə çıxacaqlar.
"Fənərbağça"nın kapitanı Əmrə Bələzoğlu derbini zədə səbəbindən buraxmalı olacaq. O, Super Liqanın 22-ci turunun "Ankaragücü" ilə matçında (1:2) zədələnib. Bu zədə səbəbindən Əmrə, bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 39 yaşlı yarımmüdafiəçinin fevralın 23-də baş tutacaq "Qalatasaray"la qarşılaşmanı buraxacağı dəqiqdi.
Əmrənin digər komanda yoldaşı Luis Qustavo da "Qalatasaray"a qarşı oynaya bilməyəcək. Braziliyalı futbolçu isə "Ankaragücü" ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb.
"Qalatasaray" da derbi öncəsi Mario Leminanı itirib. O, "Yeni Malatyaspor"la matçda (1:0) zədələnib. Matçın sonlarında aldığı zədə səbəbindən sonadək oynaya bilməyən futbolçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcəyi bildirilir.