Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 17:34
Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 milyon 268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyon ədədi çəkikimi balıq körpələrinin, 0,3 milyon ədədi nərəkimi balıq körpələrinin və 0,2 milyon ədədi qızılbalıq körpələrinin payına düşüb.