Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 08:04
Amazon şirkətinin icraçı direktoru və qurucusu amerikalı milyarder Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəsi üçün "Yer Fondunun" yaradılmasını elan edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə C.Bezos öz İnstagram səhifəsində yazıb.
O bildirib ki, fondun işinə 10 milyard dollar bağışlayacaq:
"Mən (fond işinin) başlanılmasına 10 milyard dollar ayırıram və bu yaydan etibarən qrantlar verəcəm. Hamımızı birləşdirən yeganə şey Yerdir, gəlin onu birlikdə qoruyaq!"
Milyarder qeyd edib ki, bu təşəbbüs çərçivəsində ətraf mühitin qorunmasının müxtəlif metodlarını inkişaf etdirməyə yönəlmiş alimlərin, eko fəalların, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətləri maliyyələşdiriləcəkdir.
Bloomberg agentliyinin verdiyi məlumata əsasən, Ceff Bezosun sərvəti təxminən 130 milyard dollar təşkil edir.