Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 08:24
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Fransanın "Renn" klubunun prezidentlik təklifini rədd edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. "Renn"in hazırda boş olan prezident vəzifəsi üçün Vengerə təklif göndərdiyi, ancaq fransız mütəxəssisdən "yox" cavabı aldığı bildirilir.
"Renn"də bir müddət əvvəl prezident Olivye Letanqa vəzifəsindən ayrılmışdı.
Qeyd edək ki, "Renn" dünyanın ən varlı sahibkarlarından biri Fransios Pinolta məxsusdur.