Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5G” texnologiyası İT bazarının artımına kömək edəcək

“5G” texnologiyası İT bazarının artımına kömək edəcək

Tarix: 18 Fevral 2020 08:36

"International Data Corporation" (IDC) şirkəti 2020-ci il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz dərc edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, 2020-ci ilin yekunları üzrə qlobal İT bazarında xərclərdə 5 faizə yaxın artım gözlənilir. Artıma beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı və kommersiya bazarında müvafiq smartfonlara tələbatın yüksəlməsi kömək edəcək.

Mobil qurğular kateqoriyası nəzərə alınmadan bu il İT sahəsində 4 faiz artım proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici 7 faiz təşkil edib.

Proqram təminatı seqmentində xərclərin artımı ötənilki 10 faizdən 9 faizədək azalacaq. İT servisləri seqmentində bazar həcminin artım tempi isə 4 faizdən 3 faizədək enəcək.

Fərdi kompüterlər bazarında xərclərin 6 faiz azalacağı ehtimal edilir. Ötən il bu istiqamət 7 faizlik artım nümayiş etdirib.

Analitiklərin fikrincə, bu il İT sahəsinə hazırda müşahidə edilən koronavirus epidemiyasının yayılması ümumilikdə mənfi təsir göstərəcək. Xəstəlikdən bu və ya digər seqmentlərin zərər çəkəcəyi proqnozlaşdırılır.


Etiketlər:  texnologiyası bazarının artımına kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ