Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İŞİD cəlladı Bursada həbs edildi

İŞİD cəlladı Bursada həbs edildi

Tarix: 18 Fevral 2020 10:36

İŞİD terror təşkilatının Əbu Taki Əl Şahmy kod adlı "komandiri" Türkiyənin Bursa şəhərində həbs olunub. 

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A Bursa Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib. 

Qeyd edək ki, "Əbu Taki Əl Şahmy" kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində qondarma "komandir" olaraq fəaliyyət göstərib və o, İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.


Etiketlər:  İŞİD cəlladı Bursada həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ