Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

Tarix: 18 Fevral 2020 14:48

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlanmasının rəsmi səbəbi kimi dünyada mobil internetin dəyərinin aşağı düşməsidir. Bu haqda “TechCrunch” bloqu yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Google” şirkəti “Station” layihəsinin sonrakı inkişafı üçün gəlir gətirən dayanıqlı bir model tapmağa nail olmayıb. Şirkət bəzi istifadəçilər üçün reklam nümayiş etdirir, Hindistanda dəmir yolu stansiyalarında internetə pulsuz çıxış üçün əməkdaşlıq layihəsini işə salmışdı. Hindistanda hər ay 8 milyon nəfər bu layihədən istifadə edirdi.

 

“Google” şirkəti, həmçinin İndoneziya və Meksikada 400 dəmir yolu stansiyasını ödənişsiz “Wi-Fi” xidməti ilə təmin edirdi.

 

Emil Hüseynov




Etiketlər:  Google ictimai yerlərdə ödənişsiz layihəsinin fəaliyyətini dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ