Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir - FOTO

Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir - FOTO

Tarix: 18 Fevral 2020 15:27

Bakıda Prezident Qrantları Fondunun dəstəyi ilə Rusiyanın "Şimal-Cənub" Politologiya mərkəzi tərəfindən "Xəzər Könüllülük Məktəbi "Xoş məram meridianları" dövlətlərarası layihəsi çərçivəsində birinci iclas keçirilir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, layihə Xəzər regionunda könüllülük sahəsində birgə layihələrin reallaşdırılması üçün könüllü təşkilatların nümayəndələri arasında əlaqələrin qurulmasına yönəlib.

Qeyd edək ki, məktəbin birinci iclası 2020-ci ilin "Könüllülər ili" elan olunduğu Azərbaycanda keçirilir.

Layihənin tərəfdaşları Trend İnformasiya Agentliyi, "Baku Network" və "Sodrujestvo" mətbuat klubudur.

İclası "Şimal-Cənub" Politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova açıb. Daha sonra qonaqları Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Praktika Mərkəzinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Saira Məmmədova salamlayıb. İclasda Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Praktika Mərkəzinin rəhbəri Firuzə Sultanzadə də çıxış edib.

İclas zamanı həmçinin "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov və "Formula 1 Baku Grand prix" maliyyə və hüquq şöbəsinin rəisi Elçin Səfərov çıxış edib.

Elxan Ələsgərov öz çıxışında qeyd edib ki, könüllülük vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlarından biridir və insanları vahid niyyət ətrafında birləşdirir. Könüllülük həmçinin vətənpərvərlik məktəbidir, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə xidmətin və bağlılığın nümunəsidir.

"2020-ci ilin "Könüllülər ili" elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatların nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır".

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm


Etiketlər:  Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ