Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə çempionatında it meydana girdi, oyun dayandırıldı - Video

Türkiyə çempionatında it meydana girdi, oyun dayandırıldı -  Video

Tarix: 18 Fevral 2020 22:00

Türkiyənin 1-ci liqasının 22-ci turunda "Fatih Karagümrük" - "Giresunspor" matçında maraqlı hadisə baş verib.

Qol.az xəbər verir ki, oyun vaxt meydançaya it daxil olub. Bu səbəbdən də görüş dayandırılıb.

Meydan sahibi komandanın futbolçusu cərimə zəbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topla oynayan iti meydandan çıxarsalar da, o, yenidən gəlib. Bu vaxt "Fatih Karagümrük"ün kapitanı onu qucağına alaraq meydançanın kənarına aparıb. Yenə də meydançaya daxil olan iti mühafizəçilər uzaqlaşdırıb.





 


Etiketlər:  Türkiyə çempionatında it meydana girdi oyun dayandırıldı Video


RƏYLƏR