Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

Tarix: 18 Fevral 2020 23:12

Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə postları köçürülməyəcək. Onun sözlərinə görə, bölgənin mülki əhalisini qorumaq üçün Ankara İdlibə hərbçilər və texnika göndərməyə davam edəcək.

Mətbuat katibi vurğulayıb ki, İdlib deeskalasiya zonasında xidmət edən Türkiyə hərbçilərinə qarşı hər hansı bir təxribatın qarşısı ən qətiyyətli şəkildə alınacaq.

İdlibdə vəziyyətin nizamlanması üzrə Türkiyə-Rusiya danışıqlarını şərh edən İ.Kalın bildirib: "Danışıqlar hələki bizi qane edə biləcək heç bir nəticə verməyib. Biz təklif olunan sənədləri və xəritələri rədd etdik".


Etiketlər:  Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ