Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 23:16
"Massive Entertainment" şirkəti eyniadlı filmdən təsirlənən "Avatar" oyunu haqqında yeni açıqlama yayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, oyunun istehsal mərhələsində olduğunu bildirən şirkət rəsmisi Cesper Karabanov detallar barədə danışmağı doğru hesab etmədiyini vurğulayıb. C.Karabanov sadəcə yolun əvvəlində olduqlarını bildirib.
Qeyd edək ki, 2017-ci ildə istehsalına başlanan oyunun hələ də yayımlanmaması oyun həvəskarlarını xəyal qırıqlığına uğradıb.
Oyunu hazırlayan komandanı ikiyə bölən istehsalçı şirkət rəsmiləri ötən ilin aprelində bu oyun üçün yeni ofis qurublar. Komandaya isə animasiya üzrə mütəxəssis, rejissor köməkçisi və süni intellekt proqramçısı daxil edilib.
Layihənin nə vaxt başa çatacağı bilinmir, ancaq zaman keçdikcə "Avatar" populyarlığını itirir. "Avatar" filmi ilk dəfə 2009-cu ildə yayımlanıb. Gələn il isə növbəti film ekranlarda olacaq. Aradan keçən 12 il film, eləcə də oyun istesalçıları üçün böyük dezavantajdır. Çünki bu illər ərzində kütləvi mədəniyyət qavramları çox dəyişib və "Avatar" əvvəlki məşhurluğunu itirib.