Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistan "Raad-2" qanadlı raketini sınaqdan keçirib

Pakistan

Tarix: 18 Fevral 2020 23:52

Pakistan Silahlı Qüvvələri "Raad-2" qanadlı raketini sınaqdan keçiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkə ordusunun mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, 600 kilometrə qədər məsafəyə uça bilən qanadlı raket uğurla sınaqdan keçirilib. Qeyd edilir ki, silah kompleksi müasir naviqasiya sistemləri ilə təchiz edilib və bu, hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir.

Məlumata əsasən, Pakistan prezidenti Arif Alvi, ölkənin baş naziri İmran Xan və Silahlı Qüvvələrin Qərargah rəisi alimləri və mühəndisləri raketin uğurla sınaqdan keçirilməsi münasibətilə təbrik ediblər.

Milli.Az


Etiketlər:  Pakistan Raad 2 qanadlı raketini sınaqdan keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ