Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 12:52
Rusiyanın "RusJet" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" sərnişin təyyarəsi "Vnukovo" hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.
Təyyarədə Almaniyadan işgüzar səfərdən qayıdan Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturov da olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Berlin-Moskva marşrutu ilə hərəkət edən təyyarədə uçuş zamanı nasazlıq siqnalı verilib. Təyyarə ön şassisi açıq vəziyyətdə ensə də, problem yaşanmayıb, eniş uğurlu olub.
Hadisə nəticəsində zərər çəkən olmayıb.
Baş verənlərlə bağlı yoxlamalara başlanılıb.