Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 22:32
Süni intellekt 2021-ci ildən Rusiyanın bir neçə klinikasında həkimlərlə yanaşı diaqnoz təyin etmədə iştirak edəcək.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, robot xəstədə hansı göstəricilərə birinci diqqət yetirməyin vacib olduğunu bildirəcək.
Süni intellektin bazasında bütün analiz və müayinələrin vacib kodları daxil edilib.
Co Brain analitik sisteminin yaddaşına minlərlə MRT, rentgen çəkimi və onun nəticələri yazılıb.
Proqram həkimə xəstənin yeni məlumatları sayəsində nədən şübhələnməsi barədə ipucu verəcək. Amma son diaqnozu təbii ki, həkim qoyacaq.
Robot diaqnoz qoyulmada sadəcə iştirak edəcək.
Proqram təminatçısı bildirib ki, bu vaxta qədər 40 tibbi alqoritm sistemə yazılıb.
Bu gün süni intellekt pilot olaraq bir çox xəstəxanalarla əməkdaşlıq edir.