Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

""Bəxt üzüyü-2" filmini çəkmişdilər, 3-cü hissəsi nəyə lazımdır?" - "Moşu" ETİRAZ ETDİ

Tarix: 19 Fevral 2020 23:32

Xalq artisti Valeh Kərimov son zamanlar efirlərdən uzaq qalmasına aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, o, efirlərə tez-tez dəvət aldığını, lakin imtina etdiyini söyləyib.

"Sağ olsunlar, efirlərə tez-tez dəvət alıram. Ancaq mən bunun marağında deyiləm. Ümumiyyətlə, efirə çıxmağa həvəsim yoxdur".

Əməkdaşımızın "Bəlkə efirə çıxmamağa bir səbəbiniz var" sualına Xalq artisti belə cavab verib:

"Yox, bunun xüsusi bir səbəbi yoxdur. Aktyor efirə rol oynamaq üçün çıxar. Mən təbiətcə söhbətcil adam deyiləm. Proqrama qonaq gedib nə danışacam? Əvvəllər aktyorları Azərbaycan Dövlət Televiziyası dəvət edib, tamaşalar çəkirdi. Sonra bu tamaşalar haqqında verilişlər olurdu, çıxıb ondan danışırdıq.  Digər mövzuda olan söhbətlər mənim üçün maraqlı deyil".

Xalq artisti "Bəxt üzüyü-3" filminin çəkiləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirərək:

""Bəxt üzüyü-2" filmini çəkmişdilər, 3-cü hissəsi nəyə lazımdır?", - deyə o, qeyd edib.

Xatırladaq ki, aktyor bir müddət əvvəl heç bir filmə dəvət almadığını, teatrda çalışmadığını söyləyib. (ölkə.az)

Milli.Az


Etiketlər:  Bəxt üzüyü 2 filmini çəkmişdilər 3 hissəsi nəyə lazımdır Moşu ETİRAZ ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ