Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 23:50
Yeni ildən etibarən bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nəğd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Oksford Universiteti elm adamları tərəfindən Avropanın 15 ölkəsi üçün həyata keçirdikləri araşdırmada pulların üzərindəki bakteriayaların miqdarı ortaya çıxarılıb.
Elmi araşdırma nəticəsində pulların üzərində 26 mindən çox bakteriya olduğu təsdiqlənib. Bu bakteriyalar arasında, tənəffüs və bağırsaq sistemində infeksiyalara səbəb olan bakteriyalar da var.
Virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.
Alimlər bildirib ki, hətta ən yeni pulun üzərində belə 2.400-ə yaxın bakteriya var.