Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur Əliyev: ''Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalarda işə cəlb etməyə çalışırıq''

Zaur Əliyev: ''Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalarda işə cəlb etməyə çalışırıq''

Tarix: 20 Fevral 2020 12:00

Xaricdə tibbi təhsil alan məzunları regionlara xəstəxanalarda işə cəlb etməyə çalışırıq. Məncə, artıq onların bəzilərində buna maraq yaranıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Idarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər verməyi istəyirlər. O, hazırda bununla bağlı təhlillərin aparıldığını söyləyib.

Z.Əliyev deyib ki, hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır:"Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu həyata keçirilir. Amma buna daha ciddi yanaşılmasını istəyirik".
Z.Əliyev bunu da əlavə edib ki, kəndlərdə tibb məntəqələrinin vəziyyəti qənaətbəxş deyil:" Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar tərəfi səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər. Regionlardakı həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Rezidenturanı bitirən tələblərin də regionlara göndərib, ən azı 3 il orada işləməsini təmin etmək niyyətindəyik. Bununla bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar gedir".


Etiketlər:  Zaur Əliyev Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalarda işə cəlb etməyə çalışırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ