Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Antiqua və Barbudaya yardım edib

Azərbaycan Antiqua və Barbudaya yardım edib

Tarix: 20 Fevral 2020 13:42

Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, sözügedən yardım 19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilmişdir.

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak etmişlər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmiş və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırmışdır.


Etiketlər:  Azərbaycan Antiqua Barbudaya yardım edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ