Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıbaba Hüseynovun bu bacarığını bilirdinizmi? - Qadınlardan yaxşı bacarırmış

Hacıbaba Hüseynovun bu bacarığını bilirdinizmi? - Qadınlardan yaxşı bacarırmış

Tarix: 20 Fevral 2020 15:55

Bayramda şəkərbura bəzəyəndə, evimizdəki qadınlar yarışa girirdilər. Ancaq buna baxmayaraq ən gözəl naxışı bir əmim, bir də mən vururdum.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti, xanəndə Hacıbaba Hüseynov haqqında danışarkən onun qardaşı oğlu, müğənni Hüseyn Bakılı deyib.

"Əmim çox gözəl şəkərbura naxışı vurardı, onun üçün xüsusi maqqaşı var idi. Onun vurduğu naxışları heç bir qadın edə bilməzdi",-  Hüseyn Bakılı bildirib.

Qeyd edək ki, mahir muğam ifaçısı Hacıbaba Hüseynov 1993-cü ildə 71 yaşında vəfat edib.


Etiketlər:  Hacıbaba Hüseynovun bacarığını bilirdinizmi Qadınlardan yaxşı bacarırmış


RƏYLƏR