Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 20:20
"Arsenal"ın futbolçusu Məsut Özil Bakıya gəlmək üçün gün sayır.
Qol.az-ın məlumatına görə, özünün rəsmi "Tvitter" səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli almaniyalı futbolçu finala kimi qalan 7 günü səbrsizliklə gözlədiyini bildirib. O, azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.
Qeyd edək ki, Avropa Liqasının "Arsenal"la "Çelsi" arasındaklı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.