Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 19:48
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.
MSK üzvü bildirib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılıb".
Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.