Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 16:08
Azərbaycanın 2 yaş qrupu üzrə milli komandalarının baş məşqçiləri bəlli olub.
Qol.az xəbər verir ki, AFFA-nın rəsmi saytı bu gün təyinatlarla bağlı rəsmi açıqlama yayıb.
Məlumata görə, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.