Tarix: 21 Fevral 2020 17:32
“Anji”nin sabiq vitse-prezidenti federal axtarışa verilib.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında çoxlu sayda qanunsuz silah-sursat saxladığına görə həbs edilən İdrisov daha sonra ev dustaqlığına buraxılıb. İzləmək üçün ona xüsusi qolbaq bağlanılıb.
Lakin keçmiş klub rəsmisi bu ay qolbağı qıraraq qaçıb. İlkin məlumata görə, o, hazırda Çeçenistandadır.
Qeyd edək ki, İdrisov Çeçenistanın prezidenti Ramzan Kadırovun yaxın adamı hesab olunur.