Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər qaynadılmış limon suyu için - Bel və qarındakı artıq yağlar...

Səhər qaynadılmış limon suyu için - Bel və qarındakı artıq yağlar...

Tarix: 21 Fevral 2020 23:30

Arıqlamaq istəyənlər, hər səhər qaynadılmış limon suyu içsə nəticə əldə edə bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, son zamanlar trendə çevrilmiş bu üsul, insanlar tərəfindən çox bəyənilir. Limonlu suyun hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

6 ədəd limon

Təmiz bal

Yarım litr su

Hazırlanması:

Limonları dilimləyib qazana tökün. Üzərinə su əlavə edib qaynamağa qoyun. Damaq dadınıza uyğun bal əlavə edə bilərsiniz. Bal, limon və su yaxşıca qarışdıqdan sonra ocağın altını söndürün. Hər səhər günə bir stəkan bu sudan içməklə başlaya bilərsiniz.

Qaynadılmış limon suyunun faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir. Qrip və soyuqdəymənin qarşısını alır. Həzm sistemini rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətinə görə, yağ yandırmağa da yardım edir. Xüsusilə, bel, qarın və omba hissədəki artıq yağları əridir.


Etiketlər:  Səhər qaynadılmış limon suyu için qarındakı artıq yağlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ