Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 10:30
ABŞ Rusiyanın Avropaya nüvə zərbəsi endirməsinə hazır olmaq məqsədilə hərbi təlimlər keçirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 21-də baş tutan brifinq zamanı Pentaqonun nümayəndəsi bildirib.
"Təlimlərin ssenarisinə əsasən, Rusiya Avropa ilə müharibə aparır və RF NATO ərazisində yerləşən obyektə qarşı az güclü nüvə silahından məhdud şəkildə istifadə edir", - deyə nümayəndə bildirib.
Müdafiə Nazirliyinin nümayəndəsi, həmçinin qeyd edib ki, ABŞ Avropada ballistik və qanadlı raketlər yerləşdirəcək.
Təlimlər Nebraska şəhərindəki hərbi bazada keçirilib. Prosesdə ABŞ-ın Müdafiə naziri Mark Esper və respublikaçı konqresmen Ceff Fortenberr də iştirak edib.