Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 12:00
Gürcüsan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.
Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: "Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik".
Gürcüstan XİN ölkənin İrandakı səfirliyində "qaynar xətt" yaradıldığını da nəzərə çatdırıb.