Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya A Seriyasının 3 oyunu təxirə salındı

İtaliya A Seriyasının 3 oyunu təxirə salındı

Tarix: 23 Fevral 2020 15:48

İtaliyanın baş naziri Cüzeppe Konte Lombardiya və Veneto regionları ərazilərində bütün idman tədbirlərinin təxirə salındığını açıqlayıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, buna həmin regionlarda koronavirus xəstəliyinin yayılması səbəb olub. Həmin tədbirlər sırasına A Seriyasının Verona - Cagliari, Atalanta - Sassuolo və İnter - Sampdoria matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Oyunların yeni tarixləri hələ açıqlanmayıb.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının Ascoli - Cromenese görüşü də başqa vaxta keçirilib.


Etiketlər:  İtaliya Seriyasının oyunu təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ