Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 16:32
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Zamir Həsənovun baş məşqçisi olduğu komanda Şotlandiya millisi ilə qarşılaşıb.
Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib. İlk görüşdə komandamıza qələbə qazandıran legionerlər də bu dəfə yığmanı xilas edə bilməyiblər - 0:7.
Milliləşən legionerlərlə güclənən komanda Böyük Britaniya təmsilçisi qarşısında aciz qalıb. İlk yarıda 3 qol vuran rəqib fasilədən sonra daha amansız olaraq 4 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.
U-17 (qızlar) arasında UEFA İnkişaf turniri
23 fevral
Şotlandiya - Azərbaycan - 7:0
Abiqeyl Ferqyuson, 9, 26, Tire Burçill, 30, Keyra Çuter, 61, Sofi Martin, 79, Hanna Robinson, 82, Emi Anderson, 90