Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazard azı 3 ay oynamayacaq - Məşqçisi açıqladı

Hazard azı 3 ay oynamayacaq -  Məşqçisi açıqladı

Tarix: 24 Fevral 2020 16:08

“Real”ın zədəli futbolçusu gözləndiyindən Eden hazardın durumu daha ciddidir.

Qol.az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib.

O, İspaniya mətbuatına açıqlamasında Hazardın ən azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb. Klubun rəsmi saytı onun ən azı iki meydana çıxa bilməyəcəyini açıqlamışdı.
 


Etiketlər:  Hazard azı oynamayacaq Məşqçisi açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ