Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 19:42
19:40
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 1 seçki ( 36 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
---------
19:25
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib:
"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
--------
18:30
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Validə Kazımova bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.
---------
17:40
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Dadaş Əhmədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 1 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
***
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Rüfət Əliyev MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
****
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Qiyas Sadıqov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 28 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
----------
17:30
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
-------
17:02
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Anar Əsədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müracəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.
--------
16:42
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.