Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 10:24
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.
Qol.az xəbər verir ki, araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.
Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır.
Bu göstəricidə Azərbaycan Avropada Ukrayna və İtaliyadan sonra üçüncüdür.
Siyahının ilk pilləsində 7.01 (6.53 sarı, 0.48 qırmızı) göstərici ilə Boliviya yer alıb. Uruqvay çempionatı 6.61-lə (6.07 sarı, 0.54 qırmızı) ikinci, Quatemala isə 6.44-lə (6.07 sarı, 0,37 qırmızı) üçüncü sıradadır.
Ukrayna Premyer Liqasında hər oyuna 6.19 vərəqə düşüb. Bunlardan 5.57 sarı, 0.43 qırmızıdır. İtaliya A Seriyasında isə bu rəqəm 5.82-ə (5.51 sarı, 0.37 qırmızı) bərabərdir (Report).