Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 16:56
“Çelsi”nin sabiq qapıçısı Martsin Bulka bu komandanın keçmiş oyunçusu, hazırda “Atletiko”da çıxış edən Dieqo Kostanın qəribə davranışları barədə açıqlama verib.
Qol.az xəbər verir ki, o, xarici mediaaya müsahibəsində deyib:
“Bir dəfə məşqdə Çaloba aldığı zərbədən qazona yıxıldı. Kosta elə düşündü ki, o, yalandan edir və bu zaman ispanca ağzına nə gəldi, deməyə başladı. Sonra isə o, idman şalvarını çıxararaq Çalobanın üzünün üstə oturdu. Sonra isə durub qaçmağa başladı. Mən belə şey görməmişdim”.