Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 21:52
Yaponiyanın "Tone Mobile" texnologiya şirkəti yeniyetmələr üçün smartfon istehsal edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tone e20 adlı smartfon süni intellekt vasitəsilə çılpaq şəkli ayırd edərək yaddaşda saxlanılmasına imkan vermir.
Android 9.0 əməliyyat sisteminə malik cihazın satış qiyməti 180 dollardır. 6,26 düym ekrana sahib telefonun üç kamerası var. Telefon barmaq izi sensoru, 720p, HD+ 13 MP kamera 2.0 GHZ prosessor sürəti və 3900 mAs. gücündə batareya ilə təmin edilib.
Çılpaq "selfie" edilməsinin qarşısını alan sistemlə təchiz edilən smatfon, eyni zamanda bu kimi şəkillərin çəkilməsi zamanı istifadəçinin valideyninə, yaxud qəyyum təyin edilmiş şəxsə bildiriş göndərəcək.
Şirkət rəsmiləri bu kimi şəkillərin serverdə saxlanılmayacağını, anında silinəcəyini də vurğulayıblar.
Sözügedən funksiyanı deaktiv etmək də mümkündür. Bunun üçün qoruyucu şifrəni bilmək lazımdır.
Qeyd edək ki, 2014-cü ildə Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmaya görə, insanların 50%-ə qədəri bir-birinə çılpaq şəkil və ya video göndərib. Həmin il Cosmo tərəfindən aparılan sorğuda qadınların 89%-nin çılpaq şəkil çəkdiyi ortaya çıxıb.