Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis taksi ilə beş maşını vurub qaçan sürücünü saxladı - VİDEO

Polis taksi ilə beş maşını vurub qaçan sürücünü saxladı - VİDEO

Tarix: 26 Fevral 2020 13:04

Rusiyanın Saratov əyalətində sərxoş taksi sürücüsünün 5 avtomobili əzmə görüntüləri ətrafda olan bir şəxs tərəfindən mobil telefon vasitəsi ilə görüntülənib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün gecə saatlarında Engels şəhərində qeydə alınıb.

Kadrlarda, "taksi" sürücüsünün avtomobili arxaya hərəkət etdirdiyi və bir maşını vurduqdan sonra ərazidə yaşayan sakinin onu xəbərdarlıq etdiyi görülür. Taksiçi xəbərdarlığa məhəl qoymayaraq daha bir neçə nəqliyyat vasitəsinə də zərər yetirir, ardınca da hadisə yerindən qaçır.

Bildirilir ki, vətəndaşların şikayətindən sonra sürücü polis əməkdaşları tərəfindən qısa müddət ərzində saxlanılıb və aparılan yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Nəticədə sürücünün öz maşını ilə birlikdə, iki "Daewoo Matiz", "Opel Astra", "Renault Duster" və "Volkswagen Polo" markalı avtomobillərə zərər dəyib.

Milli.Az


Etiketlər:  Polis taksi ilə beş maşını vurub qaçan sürücünü saxladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ