Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 16:42
Rusiyanın "Qazeta.ru" internet-nəşrində Xocalı faciəsinə həsr olunmuş "Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?" sərlövhəli məqalə dərc edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, nəşr 1992-ci il fevralın 25-26-da Xocalıda dinc sakinlərin kütləvi qətllərinin törədildiyindən yazır. Bildirir ki, 1992-ci il fevralın 25-26-da Ermənistan-Azərbaycan münaqişəsinin dönüş epizodlarından biri baş verib. Ermənistan bölmələri bir neçə ay sürən mühasirədən sonra azərbaycanlı sakinlər və kiçik qarnizondan ibarət Xocalı şəhərinə hücum həyata keçiriblər. Hadisənin sağ qalan şahidlərinin dediklərinə görə, yüzlərlə dinc sakin hücumun qurbanına çevrilib, onlar qarlı çöl vasitəsilə qaçmağa cəhd edərkən artilleriya və snayper atəşinə tuş gəliblər".
Nəşr britaniyalı jurnalist, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın "Qara bağ" kitabından sitat gətirir. Kitabda müəllif erməni separatçılarının liderlərindən birinin, sonradan Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın "müharibə cinayətə meyli olan oğlanları cəlb edirdi" bəyanatına istinad edir.