Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 16:56
Rusiyada spirtli içki qəbul edib dərsə girən müəllim gülüş hədəfinə çevrilib.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, "piyan" müəllim sinifdə əyləşdiyi yazı stolunun üstündən yıxılıb. Şagirdlər içkili müəllimlərinin həmin kadrlarını kameraya çəkiblər.
Yerli mediaya olayla bağlı açıqlama verən məktəb müdirəsi Zülfiyyə Gilyazova "2017-ci ildən bu yana bizim məktəbdə çalışır. Şagirdlər də onu çox istəyirdiər. Olaydan sonra bizə xəstə olduğunu demişdi. Bəlkə də ailəvi problemr var idi, bizə açıqlamadı. Əvvəllər onu belə görməmişdik" deyib.
Qeyd edək ki, müəllim sosial şəbəkədə sürətlə yayılan sözügedən kadrlara görə işdən azad edilib.
Məhəmməd Vaqif