Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 18:06
"Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.
Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya 25 ildir bu münaqişəni həll edə bilməyiblər.