Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı

Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı

Tarix: 26 Fevral 2020 21:30

Koronavirusun ilk yayıldığı Çinin Uhan şəhərində virusla doğulmuş körpə dərmanların köməyi olmadan 17 günə sağalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Syao Syao adlı qızın valideynlərindən biri koronavirusa yoluxmuş olub.

Virusla doğulan körpə ilk gündən respirator infeksiya və ürəyində kiçik fəsadlardan əziyyət çəkib. Körpənin simptomları ağır olmadığı üçün həkimlər ona dərman verməməyi qərara alıb və yalnız ürəyi ilə bağlı müalicəsi aparılıb.

Qızın 17-ci günü tamam olduqdan sonra edilən koronavirus testi mənfi nəticə verib.

Milli.Az


Etiketlər:  Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ