Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 08:16
Microsoft Edge brauzeri Chromium bazasına keçdikdən sonra istifadəçilər tərəfindən bəyənildi və istifadə edilməyə başlandı. Lakin Edge brauzeri ilə Google axtarış sisteminə girdikdə çoxlu şəkildə Chrome reklamları çıxır. Google axtarış sistemləri və brauzerlər üzərində qurduğunu hegemoniyanı istifadə edərək istifadəçilərə yön verməyə çalışır.
Edge brauzeri ilə Google saytına girdikdə bir çox reklamlar ilə istifadəçilərə Chrome brauzerini işlətmək təklif olunur.
Şəkildən də göründüyü kimi Edge ilə Google axtarış sisteminə rahat girmək olmur. Ekranın hər tərəfindən reklamlar göstərilir və Chrome brauzeri təklif olunur. Həmçinin Edge Canary versiyası isə Google tərəfindən Drive servisi üçün dəstəklənməyən brauzer olaraq görülür. Chromium bazasına keçid etdikdən sonra Edge brauzeri performans və sürət anlamında çox yaxşı nəticələr göstərmişdi. Microsoft da əlindəki əməliyyat sistemi avantajını istifadə edərək Start menyusunda istifadəçilərə yeni Edge brauzerini yükləməyi təklif edirdi. Görünən odur ki, brauzer savaşları daha da qızışacaq.