Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple şirkəti AirPods X Generation adlı premium qulaqlıq üzərində çalışır

Apple şirkəti AirPods X Generation adlı premium qulaqlıq üzərində çalışır

Tarix: 27 Fevral 2020 08:52

Bir neçə gün bundan öncə internetdə şayiə yayılmışdı ki, Apple şirkəti sadələşdirilmiş AirPods Pro Lite naqilsiz qulaqlıq modeli üzərində çalışır. İndi ortaya çıxmış məlumata əsasən isə şirkətin naqilsiz AirPods qulaqlıqlar seriyasına daha bir model əlavə olunacaq. Söhbət, AirPods X Generation-dan gedir. Bu barədə Appleinsider saytı xəbər verib. Sözügedən qulaqlıq modeli öz növbəsində Target adlı pərakəndə satış saytının sistemində aşkar edilib.

Milli.Az technote.az-a istinadən bildirir ki, AirPods X Generation modeli bir neçə rəng variantından satışa çıxacaq və onun qiyməti heç də ucuz olmayacaq. Belə ki, məlumatda qeyd olunub ki, bu qulaqlıq modeli 399$-a satılacaq. Bu isə o deməkdir ki, AirPods X Generation modeli premium qulaqlıqlar seqmentinə daxildir. Heç istisna deyil ki, bu, studiyalarda çalışmaq üçün nəzərdə tutulmuş tam ölçülü böyük qulaqlıq olsun.

Target saytının əməkdaşlarının sözlərinə əsasən onların sistemlərindəki qiymətlər həmişə düzgün şəkildə təqdim olunur. Lakin məhsulun adı nəticədə dəyişə də bilər. Buna görə də yekun olaraq çətin ki, yeni qulaqlıq modeli məhz AirPods X Generation adını əldə etsin. Lakin onun baha qiymətə satılacağı dəqiqdir. Adətən şirkət öz yeni məhsulu barəsində məlumatı təqdimata yaxın müddətdə online mağazalara təqdim edir. Bu isə o deməkdir ki, şirkətin yeni naqilsiz qulaqlıq modelinin təqdimatı çox yaxındır. Onun 31 mart tarixindəki təqdmiat tədbirində təqdim olunacağı da istisna deyil.

Milli.Az


Etiketlər:  Apple şirkəti AirPods X Generation adlı premium qulaqlıq üzərində çalışır


RƏYLƏR