Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha iki ölkədə koronavirusa yoluxma halı qeydə alınıb

Daha iki ölkədə koronavirusa yoluxma halı qeydə alınıb

Tarix: 27 Fevral 2020 09:20

Rumıniyada yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin dövlət katibi Horatsiu Moldovan deyib.

Onun sözlərinə görə, yoluxma halı Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Bildirilir ki, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.

Bundan əlavə, Norveçdə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bildirilir ki, yoluxan şəxs Tromsö şəhərinin sakinidir.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

Milli.Az


Etiketlər:  Daha iki ölkədə koronavirusa yoluxma halı qeydə alınıb


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ