Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastı: Məqsədimiz finala çıxmaqdır

Azərbaycan gimnastı: Məqsədimiz finala çıxmaqdır

Tarix: 23 May 2019 17:00

Bakı. Trend:

Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatına hazırlıq yüksək səviyyədə davam edir.

Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Elçin Məmmədov deyib.

O bildirib ki, Avropa Çempionatına hazırlıq yanvar ayından başlayıb:

“Məşqlər intensiv keçir, biz ümid edirik ki, Azərbaycanı yarışda layiqincə təmsil edəcəyik”.

Azərbaycan milli komandasının rəqiblərindən danışan idmançı bildirib ki, Avropa Çempionatının bütün iştirakçıları güclü idmançılardır:

“Bizim məqsədimiz finala çıxmaq və orada yaxşı nəticə göstərməkdir. Qeyd edim ki, biz bütün gücümüzlə çıxış edəcəyik və çalışacağıq ki, səhv etməyək”.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa Çempionatı keçiriləcək.

22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan gimnastı Məqsədimiz finala çıxmaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ