Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' ilə oyundan əvvəl bara gediblər - ''Bavariya''lılar haqda iddia

''Çelsi'' ilə oyundan əvvəl bara gediblər - ''Bavariya''lılar haqda iddia

Tarix: 27 Fevral 2020 15:08

Əfsanəvi rok musiqiçisi Con Bon Covi "Bavariya"nın futbolçularını spirtli içki qəbul edərkən görüb.

Qol.az xəbər verir ki, bu barədə o, TalkSPORT-un efirində bildirib. Covi deyib ki, onunla eyni oteldə qalan Münhen klubunun oyunçuları Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilə matçdan 1 gün əvvəl alkoqol məhsullarından istifadə edib.

"Mən barda öz işlərimlə məşğul idim. "Bavariya"nın futbolçularının viski və pivə içdiklərini gördüm. Onlar yaxşı vaxt keçirdilər və sonra "Çelsi"ni məğlub etdilər.Bəlkə futbolçular bu hərəkətlərinə görə problem yaşayacaqlar" - deyə o bildirib.

Qeyd edək ki, "Bavariya" səfərdə "Çelsi"yə 3:0 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Çelsi ilə oyundan əvvəl bara gediblər Bavariyalılar haqda iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ